İsko “Barselona” haqqında danışdı
25.03.2017 - 20:47
İsko “Barselona” haqqında danışdı

İsko haqqında “Barselona”ya keçəcəyi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, o, məlumatı inkar etməsə də, təsdiq də etməyib.

 

DÇ-2018-in seçmə mərhələsində İsraillə keçirilən oyundan sonra (4:1) bu barədə verilən sualı cavablandıran “Real”lı əsasən yığma barədə danışıb: “Barselona?” Futbolçular onlar haqqında söz-söhbətin yayılmasına öyrəşiblər. Yığmaların oyununa görə verilən fasilə zamanı insanlar yeni məlumatlar fikirləşirlər.

Millinin düşərgəsində olduğum üçün sevinirəm. Məşqçilər mənə inanırlar. İspaniya yığmasında böyük rəqabət var. Burda əla futbolçular cəmləşib”.

0