Rusiyalı promouter: “Əli İsmayılovun güclü braziliyalı rəqibi ilə döyüşdə sonadək duruş gətirməsi müsbət haldır” - FOTO
04.04.2008 - 15:09
Rusiyalı promouter: “Əli İsmayılovun güclü braziliyalı rəqibi ilə döyüşdə sonadək duruş gətirməsi müsbət haldır” - FOTO
Bakı. Kənan Həsənov-APA-Sport. “Əli İsmayılovun güclü braziliyalı rəqibi ilə döyüşdə sonadək duruş gətirməsi müsbət haldır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri WBO Latino versiyası üzrə “qızıl kəmər”in sahibi Əli İsmayılovun braziliyalı boksçu Daniel Bispo üzərində qələbəsini şərh edən rusiyalı promouter Aleksandr Yaqupov söyləyib. 34 yaşlı boksçumuzun şəxsi promouteri olan A.Yaqupov gələcək planları da açıqlayıb: “Növbəti döyüşü mayda təşkil edəcəyik. İsmayılov bu görüşdə titulunu qorumaq üçün döyüşəcək. Əli mayda fiziki cəhətdən daha hazırlıqlı olacaq”.


0