[b]Lövün köməkçisi Bakıda ən çox buna təəccüblənib: Sadəcə fantastikadı![/b]
26.03.2017 - 17:17
[b]Lövün köməkçisi Bakıda ən çox buna təəccüblənib: Sadəcə fantastikadı![/b]

Almaniya millisinin baş məşqçisinin köməkçisi Markus Sorq oyundan əvvəl Almaniya Futbol Federasiyasının rəsmi saytına müsahibə verib. Apasport.az saytı geniş müsahibəni təqdim edir.

 

- Məsut Özil son məşqləri buraxmışdı. İndi vəziyyəti necədir?

- Hər şey qaydasındadı. O, son məşqdə komanda ilə birlikdə iştirak etdi və ağrıları da yoxdu.

 

- Stadionun dolacağı artıq bir neçə gün əvvəlcədən bilinirdi. Mətbuat konfransında da anşlaq var idi. Deyəsən, Bakı dünya çempionunu qarşılamağa xüsusi hazırlaşıb. Siz nə gözləyirsiniz oyundan?

- Azərbaycan millisinin çox xoş və pozitiv mentaliteti var. Onlar çox ciddi cəhdlə çalışırlar, inkişaf edirlər və bu seçmə mərhələnin ən maraqlı komandalarından biridilər. Xüsusilə, müdafiədə çox yaxşı təsir bağışlayırlar. Onlar Norveçi 1:0 hesabı ilə məğlub edib Çexiya ilə qolsuz bərabərliyə razılaşıblar. Hazırda qrupda 3-cü pillədədilər və azarkeşləri də inanırlar ki, milliləri tarixlərində ilk dəfə dünya çempionatının finalında oynaya bilər. Buna görə də biz ilk dəqiqələrdən çox diqqətli olmalıyıq. Topla çox rəftar etməli, dinamikanı saxlamalıyıq. Öz oyunumuzu oynamaq üçün yaxşı plana ehtiyacımız var. Hesabı erkən açmalıyıq, əks halda zaman keçdikcə rəqibin dirənişi artacaq və onlar əllərinə düşən şanslardan yararlanmaq üçün hər şeyi edəcəklər. Biz bütün hallara qarşı yaxşı hazırlaşmışıq.

 

- Şimail İrlandiya Azərbaycanı 4:0 hesabı ilə məğlub etdikləri oyunda 3 qolu standart vəziyyətdən sonra vurmuşdu. Siz bunun üzərində xüsusi hazırlaşırsınızmı?

- Şimli İrlandiya millisi standart vəziyyətlərdən fərqlənmək üçün ideal heyətə malikdi. Bizdə isə vəziyyət fərqlidi. Daha çox oyunun texniki yönünə fikir veririk və bu üstünlüyümüzdən yararlanmaq istəyirik.

 

- Bakıdakı atmosfer sizə nə qədər təsir edib?

- Biz cəmi gün yarımdı ki, burdayıq. Bir dəfə komanda iclası oldu, daha sonra videoanaliz etdik. Ardınca stadionda son məşqə çıxdıq. İnsanlar burda çox dostcanlıdılar və daim bizi salamlayırdılar.

 

- Azərbaycanın qrupu ikinci pillədə bitirmək şansı var?

- Futbol gözlənilməzliklərə dolu olan oyundu. Qrupdakı bütün komandaların – Çexiya, Norveç, Şimali İrlandiya və Azərbaycanın belə bir şansı var. Azərbaycan bunun üçün hər şeyi edir. Xüsusilə də bizə qarşı yaxşı nəticə əldə etsələr, onlar üçün möhtəşəm stimul olacaq. Biz isə öz növbəmizdə, konsentrasiyamızı yüksək saxlamalıyıq.

 

- Bundestim düz 648 dəqiqədir ki, qapısında qol görmür. Bununla fəxr edirsiniz?

- Müdafiə xətti üzərində fundamental iş gedir. Bu sahədə diqqətsizlik etməməliyik.

 

- Meydanın vəziyyətindən razısınız?

- Meydança fantastikdi. Mən çox təəccübləndim ki, onu necə belə gözəl saxlaya biliblər. Burda yaxşı oyun üçün hər cür şərait var.

 

- Tomas Müller millidəki qol hesabında hazırda komandanın meneceri olan Oliver Birhoffu arxada qoya bilər. Necə düşünürsüz, bu, onun üçün əlavə motivasiya ola bilər?

- Bunun Tomas üçün xüsusi bir şey olduğunu düşünmürəm, ancaq baş versə, mən çox şad olaram.

0