[b]Almaniya Bakıda dayandı[/b]
26.03.2017 - 21:06
[b]Almaniya Bakıda dayandı[/b]

Almaniya millisinin quru seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 7 matçda top buraxmayan Bundestimi Azərbaycan millisi məyus edib.

 

DÇ-2018-in seçmə mərhələsinin 4 oyunu və 3 yoxlama görüşündə qapısını toxunulmaz saxlayan almaniyalıları Bakıdakı görüşün 31-ci dəqiqəsində Dmitri Nazarov məyus edib.

 

Bunadək rəqibimiz sonuncu dəfə Avropa çempionatının yarımfinalında meydan sahibi Fransaya 0:2 uduzanda qapısından top buraxıb. Tarixində ilk dəfə ardıcıl 7 quru matç keçirməklə rekord vuran Bundestimi ötən il iyulun 7-dəki matçın 72-ci dəqiqəsində Antuan Qrizmann məyus etmişdi.

 

Nazarov öz qolu ilə Almaniyanın 689 dəqiqəlik seriyasını qırdı. Rəqibimiz 262 gündən sonra qapısında qol gördü.

0