[b]6 qolla 6-cı yerə[/b]
26.03.2017 - 22:02
[b]6 qolla 6-cı yerə[/b]

Azərbaycan millisinin bombardirləri siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsinin Almaniya ilə oyununda (1:4) qol vuran Dmitri Nazarov yığmada 6-ci dəfə fərqlənib.

 

Bununla da yarımmüdafiəçi yığmamızın 25 illik tarixinin bombardirləri siyahısında 6-cı yerə şərik olub.

 

O, 6-cı qolu ilə Zaur Tağızadəyə çatıb.

 

Millimizin bombardirləri

1. Qurban Qurbanov 14

2. Vaqif Cavadov 9

3-5. Rauf Əliyev, Branimir Subaşiç, Elvin Məmmədov – 7

6-7. Zaur Tağızadə, Dmitri Nazarov - 6

0