[b]44 oldu [/b]
27.03.2017 - 00:00
[b]44 oldu [/b]

Azərbaycan millisi tarixində 44-cü dəfə böyükhesablı məğlubiyyət alıb. Apasport.az saytının məlumatına görə, bu darmadağın DÇ-2018-in seçmə mərhələsinin Almaniya ilə Bakıda keçirilən matçında qeydə alınıb.

 

1:4 hesablı ev yenilgisi 1992-ci ildə yaranan komandamız tarixinin 229-cu matçındakı 44-cü ağır məğlubiyyətdi. Millimiz keçirdiyi oyunların təxminən 19,2 faizində üç və ya daha çox top fərqilə uduzub.

 

Yığmamız sonuncu belə yenilgisini ötən il almışdı. 2016-cı il noyabrın 11-də Şimali İrlandiya ilə seçmə oyununda millimiz 0:4-ə üzülmüşdü. 135 gün öncə ilə müqayisədə komandamız bu dəfə 4 qoldan birinin əvəzini çıxa bilib.

 

Millimizin darmadağınlarından 23-ü 3 top fərqilə olubsa, 21 dəfə daha acınacaqlı hesaba yenilmişik. Yığmamız 8 dəfə 4, 6 dəfə 5, 4 dəfə 6 top fərqilə uduzub. Yığmamızın hesabında 7, 8 və hətta 10 top fərqilə məğlubiyyət də var.

 

Yığmamızın bütün böyükhesablı məğlubiyyətləri

17 sentyabr 1992. Gürcaani. YO. Gürcüstan – Azərbaycan 6:3

19 aprel 1994. Ta Qali. YO. Malta – Azərbaycan 5:0

7 sentyabr 1994. Buxarest. AÇ. Rumıniya – Azərbaycan 3:0

29 mart 1995. Koşitse. AÇ. Slovakiya – Azərbaycan 4:1

26 aprel 1995. Trabzon. AÇ. Azərbaycan – Rumıniya 1:4

6 sentyabr. Oser. AÇ. Fransa – Azərbaycan 10:0

2 iyun 1996. Oslo. DÇ. Norveç – Azərbaycan 5:0

10 noyabr 1996. Bakı. DÇ. Azərbaycan – Macarıstan 0:3

8 iyun 1997. Helsinki. DÇ. Finlandiya – Azərbaycan 3:0

11 oktyabr 1997. Sürix. DÇ. İsveçrə – Azərbaycan 5:0

5 sentyabr 1998. Koşitse. AÇ. Slovakiya – Azərbaycan 3:0

10 oktyabr 1998. Bakı. AÇ. Azərbaycan – Macarıstan 0:4

26 mart 1999. Gimaraynş. AÇ. Portuqaliya – Azərbaycan 7:0

9 iyun 1999. Buxarest. AÇ. Rumıniya – Azərbaycan 4:0

18 avqust 1999. Səmərqənd. YO. Özbəkistan – Azərbaycan 5:1

8 sentyabr 1999. Budapeşt. AÇ. Macarıstan – Azərbaycan 3:0

6 fevral 2000. Ta`Qali. BT. Malta – Azərbaycan 3:0

6 oktyabr 2000. Skopye. DÇ. Makedoniya – Azərbaycan 3:0

2 iyun 2001. İstanbul. DÇ. Türkiyə – Azərbaycan 3:0

7 oktyabr 2001. Stokholm. DÇ. İsveç – Azərbaycan 3:0

20 fevral 2002. Sofiya. YO. Bolqarıstan – Azərbaycan 3:0

12 oktyabr 2002. Helsinki. AÇ. Finlandiya – Azərbaycan 3:0

29 mart 2003. Kardiff. AÇ. Uels - Azərbaycan 4:0

11 oktyabr 2003. Reco di Kalabriya. AÇ. İtaliya – Azərbaycan 4:0

18 fevral 2004. Ramat – Qann. YO. İsrail – Azərbaycan 6:0

26 mart 2005. Varşava. DÇ. Polşa – Azərbaycan 8:0

4 iyun 2005. Bakı. DÇ. Azərbaycan – Polşa 0:3

15 avqust 2006. Kiyev. YO. Ukrayna – Azərbaycan 6:0

7 oktyabr 2006. Portu. AÇ. Portuqaliya – Azərbaycan 3:0

11 oktyabr 2006. Brüssel. AÇ. Belçika – Azərbaycan 3:0

24 mart 2007. Varşava. AÇ. Polşa – Azərbaycan 5:0

17 oktyabr 2007. Bakı. AÇ. Azərbaycan – Serbiya 1:6

9 iyun 2009. Bakı. YO. Azərbaycan - İspaniya 0:6

9 sentyabr 2009. Hannover. DÇ. Almaniya - Azərbaycan 4:0

7 sentyabr 2010. Köln. AÇ. Almaniya - Azərbaycan 6:1

8 oktyabr 2010. Vyana. AÇ. Avstriya - Azərbaycan 3:0

29 mart 2011. Brüssel. AÇ. Belçika – Azərbaycan 4:1

7 oktyabr 2011. Bakı. AÇ. Azərbaycan – Avstriya 1:4

11 sentyabr 2012. Braqa. DÇ. Portuqaliya – Azərbaycan 3:0

3 sentyabr 2014. Moskva. YO. Rusiya – Azərbaycan 4:0

13 oktaybr 2014. Osiyek. AÇ. Xorvatiya – Azərbaycan 6:0

7 iyun 2015. Sankt-Polten. YO. Azərbaycan – Serbiya 1:4

11 noyabr 2016. Belfast. DÇ. Şimali İrlandiya – Azərbaycan 4:0

26 mart 2017. Bakı. DÇ. Azərbaycan – Almaniya 1:4

0