[b]Qazancımız: 2 oyunda 6 xal[/b]
27.03.2017 - 00:04
[b]Qazancımız: 2 oyunda 6 xal[/b]

Azərbaycan gələn ay açıqlanacaq FİFA reytinqindəki xalı bəllidi. Apasport.az saytının hesablamalarına görə, hazırda 380 xalla dünyanın 89-cusu olan Robert Prosineçkinin yetirmələrinin aktivi 386-ya qədər artacaq.

 

Buna martda keçirilən iki oyunun nəticəsi səbəb olub. Belə ki, ayın 9-da Qətərlə səfərdəki yoxlama oyununda 2:1 hesabı ilə qalib gəlib, bu gün DÇ-2018-in seçmə oyununda Almaniyaya 1:4 hesabı ilə uduzan komandamız iki matçın yekununda 6 xal əldə edib.

 

Hərçənd, aprelin 6-da açıqlanacaq siyahıda daha çox xalımız ola bilərdi. Təbii ki, millimiz Bundestimə uduzmasaydı.

 

Bərabərlik bu rəqəmi 440-a, inanılmaz görünən qələbə isə 548-ə qədər yüksəltmək imkanı verirdi.

0