[b]“Hücumçuyamsa, qol vurmalıyam” – Ramil Şeydayev[/b]
27.03.2017 - 00:33
[b]“Hücumçuyamsa, qol vurmalıyam” – Ramil Şeydayev[/b]

Milli komandamızın hücumçusu Ramil Şeydayev Almaniya ilə oyundan sonra (1:4) apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Matç haqqında nə deyə bilərsiz?

- Çox yaxşı oynadıq. Təəssüf ki, məğlub olduq. Oyunumuzu bəyəndim. Heyf ki, uduzduq. Bu gün almanlar bizdən güclü idi.

 

- Daha yaxşı nəticə üçün nə çatmadı?

- Çünki oynadığımız komanda Almaniya idi. Çox çətindi onlara qarşı çıxış etmək. Bu komanda istənilən rəqibə 3-4 qol vura bilər.

 

- Meydanı tərk edərkən sanki narazı idin. Bu, nə ilə əlaqədar idi?

- Qol vura bilmədiyim üçün narazı idim. Hücumçuyamsa,  qol vurmalıyam. Amma bu dəfə alınmadı.

 

- Növbəti oyunlardan nə gözləyirsiz? Şimali İrlandiyaya qarşı Bakıda nəsə edə bilərik?

- Əgər bugünkü kimi oynasaq, yaxşı nəticə qazana bilərik. Nəinki Şimali İrlandiyanı, Norveç və San-Marinonu da Bakıda məğlub etmək olar.

 

- Stadiona atmosfer necə idi, azarkeşlərin dəstəyini hiss etdinizmi?

- Hər şey əla idi. Azarkeşlərə təşəkkür edirəm ki, bizə dəstək oldular. Təəssüf ki, meydanı məğlub tərk etdik.

 

- Oyun gedərkən Rəşad Sadıqov sənə nəsə deyirdi...

- Məğlub vəziyyətdə ikən daha çox pressinq etməli idik. Ancaq bu, o qədər də asan deyildi. Onlarda mərkəzdəki oyunçulara qarşı oynamaq çox çətin idi.

0