[b]Kamran Ağayevdən uğursuz ilk[/b]
27.03.2017 - 00:53
[b]Kamran Ağayevdən uğursuz ilk[/b]

Kamran Ağayev Azərbaycan millisində buraxdığı qol sayı üçrəqəmli ədədlə ifadə olunan ilk qapıçı kimi tarixə düşüb. Apasport.az saytının məlumatına görə, qolkiperin yığmada buraxdığı 100-cü qol Almaniya ilə matça təsadüf edib.

 

DÇ-2018-in seçmə mərhələsindəki bu görüşədək 64 dəfə milli forması geyinən Ağayev 97 top buraxmışdı. Mario Qomesin 45-ci dəqiqədə vurduğu top Bundestimin bu matçda 3-cü qolu olub. Kamran da bununla 100-ə çatıb.

 

4:1 hesabı ilə qələbə qazanan qonaqlar Ağayevi 101-ci dəfə də məyus edə biliblər.

 

Azərbaycan millisi tarixində 100 və daha çox top buraxan ilk və yeganə qapıçı olan Kamran orta hesabla hər matçda 1,554 qola üzülüb.

0