[b]“Əlimizdən bu qədəri gəldi” – Cavid Hüseynov[/b]
27.03.2017 - 01:16
[b]“Əlimizdən bu qədəri gəldi” – Cavid Hüseynov[/b]

Cavid Hüseynov DÇ-2018-in qrup mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşan millinin heyətində uzun fasilədən sonra rəsmi matça çıxıb. Yığmamızın məğlub olduğu oyundan sonra yarımmüdafiəçi “mix-zona”da apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyunla bağlı nələri qeyd etmək istərdiniz?

- Almaniya kimi komanda ilə qarşılaşdıq. Rəqibimiz çox güclü idi. Əlimizdən gələni etdik ki, yaxşı nəticə qazanaq. Amma belə alındı. Ümidli idik ki, 1 xal qazanacağıq. Əlimizdən gələni etdik, lakin asan qollar buraxdıq.

 

- Səhvlər olmasaydı, 1 xal qazanmaq mümkün idi?

- Əlbəttə, mümkün idi. Sadəcə, rəqibimiz  çox güclü idi. Sadə oyun üslubuna üstünlük verirdilər. Vacib olan məqam isə, istədikləri vaxt hücumu müsbət sonluqla tamamlamağı bacarırlar.

 

- Uzun fasilədən sonra millinin heyətində rəsmi oyuna çıxdınız. Hansı hissləri keçirdiniz?

- Millinin formasını geyinmək hər bir futbolçu üçün, o cümlədən mənim üçün də fərx və şərəfdi. Çalışıram əlimdən gələnin yaxşısını edim və komandamıza xeyir verim.

 

- Millinin aktivində 7 xalı var və növbəti rəqibimiz Şimali İrlandiya olacaq. Həmin qarşılaşma haqda nə deyə bilərsiz?

- Qrupdan çıxmaq istəyiriksə, bizi Şimali İrlandiya ilə oyunda ancaq qələbə qane edəcək.

 

- Bu gün stadionda anşlaq idi. Atmosferi necə qiymətləndirirsiniz?

- Çox gözəl atmosfer var idi. Buna görə azarkeşlərimizə təşəkkür edirəm. Onlar komandamızı sona qədər dəstəklədilər. Bizim də əlimizdən bu qədəri gəldi.

0