[b]Millimizdən böyükhesablı qələbə[/b]
27.03.2017 - 09:00
[b]Millimizdən böyükhesablı qələbə[/b]

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Estoniyanın paytaxtı Tallinndə təlim-məşq toplanışında olan yığmamız bu ölkənin U-19 komandası ilə görüşüb.

 

Matç yığmamızın xeyrinə başa çatıb – 5:2. Bahadur Həziyevin dubl etdiyi qarşılaşmada Elçin Əsədov, Fərid Nəbiyev və Əli Sadıxov hərəyə 1 dəfə fərqlənib.

 

Qeyd edək ki, bu komandalar arasında martın 25-də keçirilmiş yoldaşlıq görüşündə hesab açılmamışdı.

 

0