[b]5 oyunda 7 xal və istefa[/b]
27.03.2017 - 09:17
[b]5 oyunda 7 xal və istefa[/b]

DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin V turu baş məşqçi istefası ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, Hollandiya yığması Danni Blindlə yollarını ayırıb.

 

Bolqarıstana 0:2 hesablı məğlubiyyət yerli assosiasiyanın səbr kasasını daşırıb. Son vaxtlar uğursuzluqları sıralayan hollandiyalılar Blindi istefaya göndərməyi məqsədəuyğun sayıb.

 

55 yaşlı mütəxəssis 2015-ci ilin iyulundan rəhbərlik etdiyi “narıncılar”la AVRO-2016-dan da kənar qalmışdı. DÇ-2018-in 5 oyununda 7 xal toplayan Hollandiya öz qrupunda 4-cü yerdə qərarlaşıb.

0