[b]139 günlük marafona darmadağınla son - YENİLƏNİB[/b]
27.03.2017 - 19:11
[b]139 günlük marafona darmadağınla son - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2016/2017 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, çempionatın son oyun günündə baş tutan hər 2 qarşılaşmada darmadağın qeydə alınıb.

 

Öncə “Telekom” “Lokomotiv”ə çətin anlar yaşadıb. Zoran Qayiçin yetirmələri rəqiblərinə heç bir şans verməyərək, asan qələbə qazanıblar. Hər 3 setdə “dəmiryolçular”dan aşkar üstün olan “Telekom” bununla çempionluğunu da rəsmiləşdirib.

 

Qızıl mükafatçının adına aydınlıq gəldiyindən “Azərreyl” - “Azəryol” matçı formal xarakter daşıyıb. Famil Ağayevin yetirmələrinin üstünlüyü şəraitində keçən görüşdə də “quru hesablı” qələbə qeydə alınıb. Titulunu təhvil verən “Azərreyl” rəqibini 3:0 hesabı ilə məğlub edib.

 

Beləliklə, 139 gün davam edən marafon başa çatıb. “Telekom” mövsümü qızıl, “Azərreyl” gümüş və “Azəryol” bürünc medalla başa vurub. 

 

27 mart

“Azərreyl” – “Azəryol” - 3:0 (25:15, 25:14, 25:22)

“Azərreyl” Voleybol Bazası

 

I dövrə: “Azəryol” - “Azərreyl” - 2:3 (14:25; 25:19; 10:25; 28:26; 16:18)
II dövrə: “Azərreyl” - “Azəryol” - 3:0 (25:22, 29:27, 25:20)

III dövrə: “Azəryol” – “Azərreyl” - 0:3 (19:25, 13:25, 21:25)

 

“Lokomotiv” – “Telekom” - 0:3 (9:25, 11:25, 18:25)

“Azərreyl” Voleybol Bazası

 

I dövrə: “Telekom” – “Lokomotiv” - 3:0 (25:15; 25:11; 25:19)
II dövrə: “Lokomotiv” - “Telekom” - 1:3 (25:23, 19:25, 20:25, 13:25)

III dövrə: “Telekom” – “Lokomotiv” - 3:0 (25:15, 25:10, 25:19)

Komanda

O

Q

M

S/F

T/F

X

Telekom

16

14

2

44-18

1455-1143

39

Azərreyl

16

13

3

45-14

1370-1041

40

Azəryol

16

9

7

33-21

1207-1051

28

Lokomotiv

16

4

12

14-38

920-1208

12

Gürcüstan

16

0

16

3-48

754-1263

0

 

0