[b]“Boavişta”ya lazım olmayan Ağayev...[/b]
27.03.2017 - 10:42
[b]“Boavişta”ya lazım olmayan Ağayev...[/b]

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin legioner karyerası 13 oyundan ibarət olub. Apasport.az saytının məlumatına görə, Portuqaliya “Boavişta”sına lazım olmayan qolkiper bu klubun heyətində 12 çempionat və 1 kubok görüşünə çıxıb.

 

Ötən il sentyabrın 12-də bu komanda ilə rəsmi müqavilə imzalayan Ağayevin klubsuz qalmasını dünən millimizin baş məşqçisi Robert Prosineçki açıqlayıb.

 

195 günlük Portuqaliya macərası müddətində 15 top buraxan qapıçı 1 dəfə kubokda, 14 dəfə çempionatda üzülüb. 4 quru oyunu da sonuncu turnirə təsadüf edib.

 

Maraqlıdı ki, onun ilk və son matçı Portuqaliya nəhənglərindən 3 qol buraxmaqla əlamətdar olub. Ötən il sentyabrın 23-də səfərdə “Porto”ya 1:3 hesablı yenilgidə qapısını lazımınca qoruya bilməyən Kamran yanvarın 14-də “Benfika” səfərində də eyni sayda top buraxıb – 3:3. Bu iki səfər matçından sonuncusu qolkiper üçün legioneri həyatıənın da axırı olub.

 

Özü də əsas heyətdən kənar düşən qolkiper öncə meydandan qovulub. O, 90+7-ci dəqiqədə ikinci sarı vərəqə ilə “qırmızı” alıb. Həmin matçdan sonra isə futbolçumuza inam itib. Bu oyundan başqa isə Kamran kubokda 1, çempionatda 3 dəfə sarı vərəqəylə cəzalanıb.

 

Qeyd edək ki, Ağayev millidə 65 matçda 101 qol buraxıb və “100”ü keçən ilk qapıçı olub.

0