[b]“İndi baxımlı oyundan çox...” - Mario Qomes[/b]
27.03.2017 - 12:23
[b]“İndi baxımlı oyundan çox...” - Mario Qomes[/b]

“Baş məşqçinin tənqidlərini başa düşürük. Çünki öz oyunumuzu tam şəkildə göstərə bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu Almaniya yığmasının hücumçusu Mario Qomes deyib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin qonağı olan Bundestim Bakını 4:1 hesablı qalibiyyətlə tərk edib.

 

Matçdan sonra almanların baş məşqçisi Yoahim Löv komandasının çıxışından məmnun qalmadığını söyləyib. Qarşılaşmada 3-cü qolun müəllifi olan Qomes isə bunu yorğunluqla əlaqələndirib: “Lövün fikirlərinə qarşı çıxmırıq. Ancaq nəzərə almaq lazımdı ki, bu ərəfələrdə təqvim sıx olur və futbolçular klublarında çox gərgin oyunlar keçirirlər. Çünki mövsümün sonu həmişə yüksək təzyiq altında keçir. İndiki məqamda baxımlı oyundan çox nəticə daha önəmli olur. Yəni 3:1 və ya 4:1 hesabı ilə qalib gəlmək çox da vacib deyil. Biz səfərdə 4:1 hesablı qələbə qazandıq və fikrimcə, üzərimizə düşən vəzifəni yerinə yetirə bildik”.

 

Qeyd edək ki, Almaniya yığması 5 turdan sonra 15 xalla C qrupuna başçılıq edir. Aktivində 7 xal olan Azərbaycan millisi isə 4-cü pilləyə yuvarlanıb.

0