[b]Prosineçkinin görmədiyi görüş...[/b]
27.03.2017 - 12:40
[b]Prosineçkinin görmədiyi görüş...[/b]

Azərbaycan millisi son iki ilin antirekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2018-in seçmə mərhələsinin Almaniya ilə oyununun ilk hissəsində 3 qol buraxıb.

 

Millimiz Robert Prosineçkinin rəhbərliyi altında heç vaxt fasiləyədək bu qədər qola üzülməmişdi. Yığmamızın qapısına 2-dən çox qolu ilk yarıda vuran son komanda isə Xorvatiya olub.

 

2014-cü il oktyabrın 13-də baş tutan görüş Berti Foqtsun millimizin baş məşqçi kimi son matçı kimi tarixə düşüb. Osiyekdə 6:0 hesabı ilə qalib gələn meydan sahibləri fasiləyədək 4 top vurmuşdu.

 

Qeyd edək ki, 895 gündən sonra belə uğursuzluq yaşayan milli Almaniyaya 1:4 hesabı ilə uduzub.

0