[b]“Azərbaycan yığmasını qiymətləndirməmək olmaz” – millimizin rəqibi[/b]
27.03.2017 - 13:16
[b]“Azərbaycan yığmasını qiymətləndirməmək olmaz” – millimizin rəqibi[/b]

“Fasiləyə kimi 5 qol vurmaq əladı. Amma bunu həmişə etmək olmur”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.

 

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan çexlər dünən səfərdə San-Marinonu 6:0 hesabı ilə məğlub ediblər.

 

Ölkəsinin mətbuatına açıqlamasında matçla bağlı danışan Yarolim bunları deyib: “Şadam ki, drama imkan vermədik və matçın taleyini fasiləyə kimi həll etdik. Öz işimizi gördük. İkinci hissədə də qolların ardını gətirəcəyimizi düşünürdük. Amma fasilədən sonra ilk hissədəki kimi oynaya bilmədik. Əksər komandalar San-Marino ilə oyuna çoxlu qol vurmaq istəyi ilə çıxırlar. Yalnız Azərbaycan yığması onlara 1:0 hesabı ilə qalib gəlib. Bu cür qələbə məni sevindirir. Amma hər şey hələ qabaqdadı”.

 

Yarolim qrupdakı bütün komandalara ciddi yanaşdıqlarını bildirib: “Qrup ikincisi olmaq üçün hər cür imkanımız var. Qısa zamanda ikinci pilləyə yaxınlaşmaq əladı. İndi bizi Norveçlə oyun gözləyir. Qrupumuzda Norveç, Şimali İrlandiya və Azərbaycan kimi komandalar insanı narahat edir. Onları qiymətləndirməmək olmaz”.

0