[b]Toni Kroos Bakıda zədələnib[/b]
27.03.2017 - 16:20
[b]Toni Kroos Bakıda zədələnib[/b]

Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos zədə alıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla dünənki qarşılaşmadan sonra ayağında ağrılar hiss edib.

 

Kroos “Real”ın digər üzvləri Qaret Beyl və Luka Modriç kimi, artıq klubun düşərgəsinə qoşulub. Adıçəkilən oyunçular yığmadan yeni gəldikləri üçün bugünkü məşqdə iştirak etməyiblər. Kroosun isə zədəsinin ciddi olmadığı açıqlanıb. Klubun həkimləri futbolçunun hər hansı bir probleminin olmadığını və növbəti matçda iştirak edə biləcəyini söyləyiblər.

 

Qeyd edək ki, “Real” aprelin 2-də La Liqanın XXIX turu çərçivəsində “Alaves”i qəbul edəcək.

0