[b]FİDE prezidenti istefaya göndərdi, prezident təkzib etdi[/b]
27.03.2017 - 16:58
[b]FİDE prezidenti istefaya göndərdi, prezident təkzib etdi[/b]

FİDE-nin prezidenti Kirsan İlyumjinov istefa verib. Apasport.az saytının məlumatına görə, bu, qurumun rəsmi saytında açıqlanıb.

 

Bildirilir ki, Afinada İlyumjinov qərarını FİDE-nin Prezident Şurasının Afinada keçirilən iclasında verib.

 

FİDE prezidenti isə TASS-a açıqlamasında istefaya getmədiyini açıqlayıb: "Məni əvəz etmək istəyirdilər. Lakin bu alınmadı. Mən heç nəyi imzalamadım, istefaya da getmirəm. Hesab edirəm ki, bu amerikalıların işidi".
 

 FİDE-nin rəsmi saytında martın 26-da Afinada keçirilən iclasda Kirsan İlyumjinovun təşkilatın rəhbərliyindən istefa verdiyi haqda məlumat yayılıb. 

 

Qeyd edək ki, 1995-ci ildən federasiyaya rəhbərlik edən rusiyalı funksioner 2014-cü ildə növbəti dəfə rəhbər seçilib.  

0