[b]Azərbaycanda “qızıl” qazanan üçüncü komanda[/b]
27.03.2017 - 17:13
[b]Azərbaycanda “qızıl” qazanan üçüncü komanda[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibi adını rəsmiləşdirən “Telekom” tarixində yeni səhifə açıb. Apasport.az saytının məlumatına görə, Zoran Qayiçin yetirmələri ilk dəfə çempion olmaqla, çempionat tarixinə üçüncü qızıl medalçı kimi düşüblər.

 

Onlara kimi “Rabitə” 7 dəfə, “Azərreyl” 1 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Bu medal çempionatımız Super Liqaya çevriləndən sonra “Telekom”un tarixində 2-ci mükafat olub. 2015/2016 mövsümündə “Azərreyl”ə uduzan bakılılar gümüş medalla kifayətlənmişdilər.

 

“Dəmiryolçular” isə ikinci olmaqla, öz rekordlarını yeniləyiblər. Gümüş sayını 5-ə çatdıran “Azərreyl” bu göstəricidə hamıdan öndədi. Onlar həmçinin medal sayında da bütün rəqiblərini arxada qoyublar. Komandanın hesabında 1 qızıl, 5 gümüş və 1 bürünc medal var.

 

Çempionluq siyahısında “Rabitə” hələ ki, əlçatmazdı.

 

 

Mövsüm

Qızıl

Gümüş

Bürünc

2008/2009

Rabitə

Azərreyl

Lokomotiv

2009/2010

Rabitə

Lokomotiv

İqtisadçı

2010/2011

Rabitə

Azərreyl

İqtisadçı

2011/2012

Rabitə

Lokomotiv

Bakı

2012/2013

Rabitə

İqtisadçı, Azərreyl

 

2013/2014

Rabitə

Azərreyl*

İqtisadçı

2014/2015

Rabitə

Lokomotiv

Azərreyl*

2015/2016

Azərreyl

Telekom

Lokomotiv

2016/2017

Telekom

Azərreyl

Azəryol

 

 * işarəsi – “Azərreyl” 2013-2015-ci illərdə “Azəryol” adlanırdı.

 

0