[b]“Çalışacağıq ki, gələn il daha yaxşı oynayaq” – Azərbaycan çempionu[/b]
27.03.2017 - 18:08
[b]“Çalışacağıq ki, gələn il daha yaxşı oynayaq” – Azərbaycan çempionu[/b]

“Bu mənim ilk çempionluğumdu. Rəhbərliyimə, məşqçilərimə çox sağ ol deyirəm. Bu çempionluğu bir yerdə qazandıq”. Apasport.az saytının məlumatına görə, bunu “Telekom”un voleybolçusu Ülkər Kərimova deyib.

 

Bakı təmsilçisi ilə Super Liqanın qızıl medallarını qazanan 23 yaşlı libero bildirib ki, çempion olmaq üçün bütün güclərini səfərbər ediblər: “Azərreyl” üzərində 3 qələbə qazandıq ki, bu də birincilik üçün yetərli oldu. Bu il gənc oyunçularımız çoxdu. Çempionlar Liqasında bir az çətinliklər yaşadıq. Gələn il də bu mötəbər yarışda  çıxış edəcəyik və çalışacağıq ki, daha yaxşı oynayaq”.

 

Hər oyunda maksimum gücünü ortaya qoyduğunu vurğulayan Kərimova gələcək karyerası barədə də danışıb. O qeyd edib ki, “Telekom”la hələ müqaviləsi var: “Gələcəklə bağlı təklif gəlsə düşünəcəm. İrəli getmək və yığmamıza gömək etmək istəyirəm”.

 

O, “İdman Azərbaycan”a açıqlamasında yığmamızı qarşıda gözləyən yarışlar barədə də danışıb. Ülkər aprelin əvvəlində milli ilə bir araya gələcəklərini və oyunlara var gücü ilə hazırlaşacağını vurğulayıb.

 

Qeyd edək ki, millimizi qarşıda İslam Həmrəyliyi Oyunları, dünya çempionatının seçmə, Avropa çempionatının final mərhələsi gözləyir. 

0