SİZİN REKLAM BURADA

“Azərbaycanla oyun həlledici ola bilər” – Qaret Makoli

“Azərbaycanla oyun bizim üçün çox önəmlidi. Bakıdakı qarşılaşmanın qrup ikinciliyi uğrunda yarışa ciddi təsiri olacaq”. Apasport.az saytının məlumatına görə, bunu Şimali İrlandiya yığmasının müdafiəçisi Qaret Makoli deyib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç üzərində 2:0 hesablı qələbə qazanaraq, ikinci pillədəki mövqeyini möhkəmlədən irlandiyalılar növbəti turda Azərbaycan millisinin qonağı olacaqlar.

 

Yerli mətbuata açıqlamasında Bakıdakı görüşün əhəmiyyətindən bəhs edən 37 yaşlı futbolçunun fikrincə, iyundakı qarşılaşmanın nəticəsindən çox şey asılı olacaq: “Məqsədimiz Bakıdan evə qələbə ilə dönüb sentyabrda qəbul edəcəyimiz Çexiya ilə qarşılaşmaya yüksək əhval-ruhiyyədə çıxmaqdı. Son tura qədər mübarizəni davam etdirəcəyik. Çexiya və Almaniyanı Belfastda qonaq edəcəyik ki, bu da bizim üçün üstünlükdü. Doğma azarkeşlərimiz önündə hər iki rəqibi məğlub edəcək gücdə olduğumuzu düşünürəm. Ancaq indi bütün diqqətimizi Azərbaycanla səfər görüşünə yönəltmişik. Yeganə hədəfimiz qalibiyyətdi. Fikrimcə, Azərbaycan və Çexiya ilə oyunlar qrup ikinciliyinin taleyinə böyük ölçüdə aydınlıq gətirəcək. Yəni bu matçlar həlledici ola bilər”.

 

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya oyunu iyunun 10-da keçiriləcək.

SIZIN REKLAM BURADA
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220