[b]Millimizdə “alman intizamı” və ya Prosineçkinin başağrısı[/b]
28.03.2017 - 10:50
[b]Millimizdə “alman intizamı” və ya Prosineçkinin başağrısı[/b]

2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin 5 turu arxada qalıb. Apasport.az saytının məlumatına görə, I dövrədən sonra yarışın 54 iştirakçısının müxtəlif statistik göstəriciləri və həmin meyar üzrə mövqeyi bəlli olub.

 

Azərbaycan yığması əksər göstəricilərdə qitənin ortababları arasındadı. 3 qol vurub, 8-ni buraxan Robert Prosineçkinin yetirmələri nə bu rəqəmlərdə, nə də zərbə saylarında “onluq”larda deyil. Söhbət ən yaxşı və ən pis “onluq”dan gedir. 49 dəfə çərçivə istiqamətində zərbə vuran millimiz 12 dəfə qapını düz nişan alıbsa, 20 dəfə hədəfdən yayınıb. 17 dəfə isə top rəqib tərəfindən dəf olunub. Dirək və tirdən dönən zərbələr xanasında da millimizin aktivində “1” qeyd olunub.

 

Əvəzində millimiz Avropanın ən yaxşılarından edən göstəriciləri ilə öyünə bilər. Söhbət yığmamızın “alman intizamı”ndan gedir. Komandamız 5 oyunda cəmi 36 dəfə intizamsızlıq edib. Bu qədər az qayda pozuntusu edən komandamız Avropada 2-cidi. Birinci yerdə isə təbii ki, almanlar özləridi. Bu komanda 32 dəfə fol edib.

Sarı vərəqə və folların azlığı millimizə başucalığı gətirirsə, mənfi məqamda da fərqləndiyimizi qeyd edək. Qapımız önündəki künc zərbələrinin çoxluğu Prosineçkini düşündürməlidi. Çünki bu “standart”lar ona başağrı gətirə bilər. 5 matçda rəqiblərimiz 37 korner yerinə yetirib. Bu, Avropada 3-cü nəticəyə şəriklik anlamına gəlir.

Müqayisə üçün qeyd edək ki, qitənin intizamsızı olan Moldova 92 qayda pozuntusuna yol verib. Elə millimizin özünün neçə fola məruz qalması da maraqlıdı. Rəqiblərimiz 5 oyunda 70 qayda pozuntusuna yol verib.

 

Bu intizam sarı vərəqə sayında da əksini tapıb. Cəmi 5 xəbərdarlıq alan millimiz bu göstəricidə qitənin 6-9-cu komandasıdı. Yığmamız Estoniya, Çexiya və Portuqaliya ilə eyni göstəriciyə malikdi.

 

Almaniya, Çexiya və Şotlandiya hamıdan az – 3 dəfə cəzalanıb. Qazaxıstan, Lüksemburq və Andorra isə ən çox sarı vərəqə alanlardı – hərəyə 17 dəfə. Malta isə qırmızı vərəqələrdə (4) “öndə” qərarlaşıb. Biz isə azlıqda qalmayan çox sayda komandadan biriyik.

 

Sarı vərəqə və folların azlığı millimizə başucalığı gətirirsə, mənfi məqamda da fərqləndiyimizi qeyd edək. Qapımız önündəki künc zərbələrinin çoxluğu Prosineçkini düşündürməlidi. Çünki bu “standart”lar ona başağrı gətirə bilər. 5 matçda rəqiblərimiz 37 korner yerinə yetirib. Bu, Avropada 3-cü nəticəyə şəriklik anlamına gəlir. San-Marino 51, Ermənistan 39, Andorra isə bizim kimi 37 dəfə künc zərbəsindən sonra qol buraxmamaq üçün mübarizə aparıb. Maraqlıdı ki, danimarkalılar hamıdan az cəmi 2 dəfə rəqibin kornerini izləyib. Xüsusi künc zərbələri ilə tanınan yığmamız isə 28 dəfə belə standart vəziyyətdən fərqlənməyə çalışıb.

 

Qeyd edək ki, 5 oyundan sonra 7 xala malik millimiz C qrupunda 4-cü pillədə qərarlaşıb.

 

 

0