[b]“Yuventus”dan 80 milyonluq təklif[/b]
28.03.2017 - 18:22
[b]“Yuventus”dan 80 milyonluq təklif[/b]

PSJ-nin italiyalı futbolçusu Marko Verratti karyerasını ölkəsində davam etdirə bilər. Apasport.az saytı “Corriere dello Sport”a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə “Yuventus” yaxından maraqlanır.

 

Turin təmsilçisi Verrattini nəyin bahasına olursa-olsun, yayda heyətinə qatmaq niyyətindədi. Qarşı tərəflə danışıqlara artıq start verilib. “Yuventus” rəhbərliyi bu keçidin baş tutması üçün 80 milyon avro xərcləməyə hazırdı. Verrattinin də ölkəsinə qayıtmaq istədiyi bildirilir.

 

Qeyd edək ki, “Peskara”nın yetirməsi olan Marko Verratti 2012-ci ildən PSJ-nin formasını geyinir. Həmin ildən İtaliya yığmasının da şərəfini qoruyan xavbek “Skuadra Adzurra”nın heyətində 20 oyunda 1 qola imza atıb. 

0