[b]Millimizin Gürcüstana gedəcək heyəti açıqlandı[/b]
28.03.2017 - 21:18
[b]Millimizin Gürcüstana gedəcək heyəti açıqlandı[/b]

Mart ayının 31-də Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Qran-Pri” yarışına start veriləcək. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 3 gün keçiriləcək mötəbər turnirdə Azərbaycan cüdoçuları da mübarizə aparacaqlar.

 

Beynəlxalq yarışda ölkəmizi 6 xanım, 10 kişi cüdoçu təmsil edəcək.

 

Cüdo millimiz aşağıdakı heyətdən təşkil olunub.

 

Qadınlar: Əliyeva Leyla(48 kq), Əzizova Nəzakət(52 kq), Zayirova Səkinə(57 kq), Hüseynova Xanım(63 kq), Axundova Nuriyyə(63 kq), Həsənli Günel(78 kq)

 

Kişilər: Əsgərov Sahib(60 kq), Sadıqov Mehman(60 kq), Hacıağalı Orxan(66 kq), Kərimov Tərlan(66 kq), Mustafayev Elvin(73 kq), Səfərli Afiq(81 kq), Dadaşov Firudin(90 kq), Rəsullu Abdulhəqq(90 kq), Kotsoiev Zelim(100 kq), Şükürov Cəlil(100+kq).

0