[b]“Qarabağ”lıların dueli baş tutmadı[/b]
28.03.2017 - 22:43
[b]“Qarabağ”lıların dueli baş tutmadı[/b]

Bir sıra ölkələrin milli komandaları yoldaşlıq görüşündə üz-üzə gəliblər. Apasport.az saytının məlumatına görə, Albaniya millisi Bosniya və Hersoqovina ilə qarşılaşıb.

 

Vaxtilə Yuqoslaviyanın tərkibində olmuş köhnə qonşuların duelində bosniyalılar qalib gəliblər – 1:2.

 

Bu oyunda “Qarabağ”lı futbolçuların dueli gözlənilsə də, bu, baş verməyib.

 

Belə ki, Albaniyanın heyətində çıxış edən Ansi Aqolli matçı sonuna qədər ehtiyatda qalsa da, Bosniya və Hersoqovinanın qapıçısı İbrahim Şehiç isə iştirak ərizəsində yer almayıb. 

0