[b]“Öz vətəninə necə getmək olar?!” – keçmiş “Neftçi”li[/b]
29.03.2017 - 00:02
[b]“Öz vətəninə necə getmək olar?!” – keçmiş “Neftçi”li[/b]

“Neftçi”nin veteran futbolçusu Nikolay Boqdanov klubun rəsmi saytına açıqlama verib. Apasport.az saytının məlumatına görə, Ukraynanın paytaxtı Kiyevdən "Neftçi”nin 80 illik yubileyi ilə bağlı martın 30-da Bakıda keçiriləcək tədbirə dəvət olunmuş 1966-cı ilin bürünc mükafatçısı sevincini belə ifadə edib:

 

“Neftçi”nin yubileyinə gəlmək mənim üçün xalqımızın Novruz bayramı kimidir. Öz vətəninə necə getmək olar?! Ən gözəl hisslərlə, ən gözəl təəssüratlarla. Ora mənim vətənimdir. Vətənim mənə yaşamağı, futbol oynamağı öyrədib. Bu, mənim üçün hər şeydir. Bir vaxtlar çiyin-çiyinə oynadığım komanda yoldaşlarımla yenidən görüşmək istərdim. Görüş hamımız üçün çox böyük bayram olacaq. Bunu bizə yaşadan klub rəhbərliyinə minnətdaram. İnanıram ki, belə bir gündə azarkeşlər tribunanı dolduracaqlar”.

0