Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi istefa verib
05.04.2008 - 12:35
Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi istefa verib
İstefa rəhbərlik tərəfindən qəbul olunub. K. H. Feldkampın müavini Əhməd Akçan da vəzifəsindən uzaqlaşdırılıb. Sabah Ankarada “Gənclərbirliyi” ilə qarşılaşacaq “Qalatasaray” bu matça klubun idman direktoru Adnan Sezgin və baş məşqçinin 3 köməkçisinin rəhbərliyi ilə çıxacaq. Bu sezonun sonuna qədər komandanı müvəqqəti çalışdıracaq yeni baş məşqçi isə ən qısa müddətdə müəyyənləşdiriləcək.
Qeyd edək ki, Türkiyə Super Liqasının başa çatmasına 6 tur qalıb və “Qalatasaray” 61 xalla 2-ci sıradadır. Hazırda klub rəhbərliyi yeni sezon üçün baş məşqçi axtarışındadır. Namizədlər arasında Mixael Laudrup, Lotar Matteus, Alberto Zakkeroni kimi tanınmış mütəxəssislərin, Türkiyədən isə “İstanbul Bələdiyyəsi” komandasının gənc baş məşqçisi Abdulla Avcının adları çəkilir.
0