[b]"Azərbaycanla matçda çoxu ilk dəfə milli forması geyindi" - Abdullah Ercan[/b]
29.03.2017 - 09:09
[b]"Azərbaycanla matçda çoxu ilk dəfə milli forması geyindi" - Abdullah Ercan[/b]

“Azərbaycanla matçda futbolçularımızın çoxu ilk dəfə milli komanda forması geyindi. Onların özünəinam qazanmaları və daha yaxşı oynaması baxımından bu hesab sevindirici və ümid vericidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Türkiyə millisinin baş məşqçisi Abdullah Ercan deyib.

 

Mütəxəssis Azərbaycan yığması ilə dünən keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Qarşılaşmanın ikinci hissəsi fərqli də ola bilərdi. İlk yarıda oyunumuz bərbad alındı. Rəqibin qapanacağını öncədən bilirdik. Matçın axarını cinahlara daşımalı idik. Fasilədən sonrakı dəyişikliklərlə oyuna nəzarəti ələ aldıq. Yoxlama oyunu olsa da, hesab sevindiricidi. Amma oyun baxımından da artırmalıyıq. 7-8 ay əvvəl bizim heyətdə yer alan 6 oyunçu əsas millinin Moldova üzərində 3:1 hesablı qələbəsində start heyətində yer aldı. Biri isə sonradan meydana çıxdı. Buna görə Fatih Terimə təşəkkür edirəm. Bizim komandada bəzi mövqelərdə çatışmazlıqlar var. Bu üzdən oyunçu axtarışını davam etdiririk”.

 

Qeyd edək ki, yığmamız İstanbuldakı qarşılaşmada Türkiyəyə 0:4 hesabı ilə uduzub.

0