[b]Türkiyə yığmasının kapitanı 4:0 hesablı darmadağın haqda[/b]
29.03.2017 - 09:49
[b]Türkiyə yığmasının kapitanı 4:0 hesablı darmadağın haqda[/b]

“Komanda oyunu göstərdik. Bir-birimizə dəstək verdik. Nəticədə 4:0 hesablı qələbə qazandıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Türkiyənin U-21 yığmasının kapitanı Orkan Çınar deyib.

 

Dünən Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi ilə yoldaşlıq oyunu keçirən türkiyəlilər 4:0 hesablı qələbə qazanıblar. Abdullah Ercanın yetirmələri bütün qolları fasilədən sonra vurublar.

 

Ölkəsinin “İhlas” Xəbər Agentliyinə açıqlama verən Orkan Çınar matçla bağlı fikirlərini bildirib. O, qələbəni belə şərh edib: “Bu nəticənin qeydə alınmasında komanda oyunu göstərməyimiz rol oynadı. Müdafiədə də inamlı çıxış etdik, yaxşı bağlandıq, rəqibə boşluqlar vermədik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Bunu bacardıq. Amma daha yaxşı oynaya biləcəyimizi düşünürəm”.

 

Gənc futbolçu söhbət əsnasında Türkiyənin əsas yığması barədə də danışıb: “Əsas millimiz dünya çempionatına vəsiqə qazanmağa borcludu. Aramızda çox keyfiyyətli oyunçular var. Yavaş-yavaş əsas yığmada gəncləri oynatmağa başlayıblar. Bu, faydalı olacaq”. 

0