[b]“Qrupdakı bütün yığmalara qalib gələ bilərik” – norveçli futbolçu[/b]
29.03.2017 - 10:28
[b]“Qrupdakı bütün yığmalara qalib gələ bilərik” – norveçli futbolçu[/b]

“Qrupdakı vəziyyəti dəyişmək şansımız var”. Apasport.az saytı xəbər verir ki, bunu norveçli futbolçu Kristoffer Tonnesen deyib.

 

Ölkəsinin U-21 yığmasının üzvü olan 19 yaşlı müdafiəçi DÇ-2018-in seçmə mərhələsində Norveç millisinin zəif çıxışına toxunub. O, həmyerlilərini ruhdan düşməməyə səsləyib: “Almaniyadan revanş almaq olar. Qrupdakı digər komandalara da qalib gəlmək gücündəyik. Qrup birinciləri dünya çempionatına birbaşa vəsiqə qazanırlar. İkinci yeri tutanlardan isə ən yaxşı nəticə göstərmiş 8 yığma pley-off oyunlarında iştirak edəcək. Pley-offa düşmək üçün milli bütün gücündən istifadə etməlidi”.

 

Tonnesen bir neçə gənc oyunçunun Norveçin əsas millisinə faydalı ola biləcəyini qeyd edib: “U-21- əsas yığmaya xeyir vermək gücündə olan futbolçular var. Son ana qədər mübarizə aparmaq, inanmaq lazımdı”.  

 

Qeyd edək ki, 5 oyundan sonra cəmi 3 xal toplayan Norveç yığması qrupda 5-ci pillədə qərarlaşıb.

 

 

 

 

0