[b]Bekhemi belə görməmisiz - FOTO[/b]
29.03.2017 - 11:31
[b]Bekhemi belə görməmisiz - FOTO[/b]

Sabiq futbolçu Devid Bekhem özünü fərqli peşədə sınamaq qərarına gəlib. Apasport.az saytı xəbər verir ki, indiyə qədər bir çox reklam çarxlarında çəkilmiş İngiltərə yığmasının keçmiş yarımmüdafiəçisi bu dəfə filmdə yer alacaq.

 

O, Qay Riçinin yeni filminə dəvət alıb. Epizodik rolu canlandıracaq Bekhem çəkiliş meydanındakı fotosunu paylaşıb. Əfsanəvi futbolçu maraqlı qrimi ilə diqqət çəkib.

 

Qeyd edək ki, Bekhem futbolçu karyerası ərzində “Mançester Yunayted”, “Real”, “Los Anceles Qalaksi”, “Milan” və PSJ kimi klubların formasını geyinib. 1995-2009-cu illərdə şərəfini qoruduğu İngiltərə yığmasında 115 oyun keçirərək, 17 qola imza atıb. 

0