[b]Qriqorçuk bəyəndiyi məşqçilərin adlarını açıqladı[/b]
29.03.2017 - 11:43
[b]Qriqorçuk bəyəndiyi məşqçilərin adlarını açıqladı[/b]

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk görüşmək istədiyi mütəxəssislərin adlarını açıqlayıb. Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, təcrübəli çalışdırıcı Avropadan iki məşqçinin işini bəyəndiyini söyləyib.

 

Qriqorçuk komandası ilə gözlənilməz nəticələr əldə edən mütəxəssisləri fərqləndirməyi xoşlayır: “Klaudio Ranyeri ilə Leonardo Yardimi məmnuniyyətlə kofe içməyə dəvət edərdim. Onlar bir növ inanılmazı reallaşdırıblar. Ranyeri heç kimin gözləmədiyi halda “Lester”i tarixində ilk dəfə İngiltərə çempionu edib. Yardim isə “Monako” ilə Çempionlar Liqasında “Mançester Siti” kimi komandanı mübarizədən kənarlaşdırıb”.

 

Qeyd edək ki, Roman Qriqorçukun rəhbərliyi altında 3-cü mövsümünü keçirən “Qəbələ” ilk iki mövsümdə Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyib.

0