[b]Ərim xəyanətkardı, onu qovun![/b] - FOTO
29.03.2017 - 14:09
[b]Ərim xəyanətkardı, onu qovun![/b] - FOTO

Çin yığmasının və “Quançjou Fuli” klubunun futbolçusu Tszyan Çjipen gözlənilməz hadisə ilə üzləşib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, həyat yoldaşı təcrübəli müdafiəçinin millidən və klubdan kənarlaşdırılmasını tələb edib.

 

Xanımı Çjan Çjiyue bu addımı Çjipenin ona dəfələrlə xəyanət etdiyi üçün atdığını bildirib.

 

Çjiyue sosial şəbəkədə məsələ ilə bağlı paylaşım edib. Məlum olub ki, o, həyat yoldaşından Çin Futbol Assosiasiyası və “Quançjou” klubunun rəhbərliyinə şikayət məktubu göndərib: “Evləndiyimiz 4 ilin təxminən 3 il yarımında ərim başqa qadınlarla cinsi əlaqədə olub. Münasibətimizə rəğmən, mənim axırıma çıxmaq istəyir. Çin Futbol Assosiasiyasının prezidenti, cənab Tsay Çjenxua, sizdən həyat yoldaşımın millidən kənarlaşdırılmasını xahiş edirəm. “Quançjou”nun prezidenti, hörmətli Çjan Li, sizdən isə vəkilimlə əməkdaşlıq edib, Çjipenin müqaviləsinə xitam verməyi istəyirəm. Ədalətin tərəfində olacağınıza inanıram”.

 

Qeyd edək ki, Tszyan Çjipen 2013-cü ildən formasını geyindiyi Çin yığmasında 19 oyun keçirib.

 

 

0