[b]“Neftçi” – “Qarabağ” oyununun hakimi müəyyənləşdi[/b]
29.03.2017 - 16:49
[b]“Neftçi” – “Qarabağ” oyununun hakimi müəyyənləşdi[/b]

Azərbaycan kuboku uğrunda yarışın yarımfinal mərhələsinin ilk oyunları üçün bütün təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, “İnter” – “Qəbələ” oyunu Elvin Əsgərova, “Neftçi” – “Qarabağ” görüşü FİFA hakimi Əliyar Ağayevə tapşırılıb. Eyni dərəcəli digər iki referi isə dördüncü hakim kimi meydana çıxacaq.

 

 

Azərbaycan kuboku

Yarımfinal, ilk oyunlar

30 mart (cümə axşamı)

17:00. “İnter” – “Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əli Hüseynov
“İnter Arena”

19:30. “Neftçi” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Murad Məmmədov
8-ci km qəsəbə stadionu


 

0