[b]“Biz onlara qarşı yerlilərlə mübarizə aparırıq” – “Neftçi”nin baş məşqçisi[/b]
29.03.2017 - 18:05
[b]“Biz onlara qarşı yerlilərlə mübarizə aparırıq” – “Neftçi”nin baş məşqçisi[/b]

“Bütün klublarda legionerlər oynayır. MOİK belə 4 legioner çıxış edir. “Lokomotiv”də də əcnəbilər var. Biz isə onlara qarşı sırf yerli voleybolçularla mübarizə aparırıq”. Bunu apasport.az saytına açıqlamasında kişi voleybolçulardan ibarət “Neftçi” klubunun baş məşqçisi Elçin Orucov açıqlayıb.

 

Gənc mütəxəssis Azərbaycan Yüskək dəstəsində titullarını təhvil vermələrinə münasibət bildirib. Orucovun sözlərinə görə, “Lokomotiv”ə pley-offun hər 2 mərhələsində uduzmalarında və gümüş medal qazanmalarında ötən mövsümlə müqayisədə rəqiblər çox güclənməsi rol oynayıb: “Bakıda “Lokomotiv”ə uduzmağımız bu günki oyunumuza çox təsir göstərdi. Hətta 3-cü setdə qalib gəlsəydik belə bu heç nəyi dəyişməyəcəkdi. Çünki “Lokomotiv” ilk hissəni qazanaraq, praktiki olaraq çempionluğu təmin etmişdi. Onların sabah MOİK-ə set uduzacaqları inandırıcı deyil. Çünki “Lokomotiv” çox güclü komandadı”.

 

Qeyd edək ki, Bakıda “Lokomotiv”ə 0:3 hesabı ilə uduzan “Neftçi” Naxçıvanda keçirilən mərhələdə 1:3 hesabı ilə məğlub olub.

 

0