[b]“Naxçıvanda ömrümün 3 ilini itirdim” – yığmamızın oyunçusu[/b]
29.03.2017 - 18:22
[b]“Naxçıvanda ömrümün 3 ilini itirdim” – yığmamızın oyunçusu[/b]

“Bakıdan Naxçıvana gələndə itirəcəyimiz heç nə olmadığını bilirdik. Yenə də bütün suallara aydınlıq gəlməmişdi. “Neftçi”yə qalib gəlməliydik”. Bunu apasport.az saytına “Lokomotiv”in voleybolçusu Tural Həsənli deyib.

 

Azərbaycan millisinin də şərəfini qoruyan gənc toppaylayıcı Yüksək dəstənin çempionu adını qazanıb. O, bu gün Naxçıvanda “Neftçi”yə qalib gəldikdən (3:1) sonra qızıl medalları təmin etmələrinin sevincini belə bölüşüb: “Gərgin oyun keçdi. Demək olar ki, ömrümün 3 ilini itirdim. Allaha şükürlər olsun ki, qələbə qazandıq. 2-ci və 3-cü set çox gərgin mübarizə şəraitində keçdi. Bu hissələrdə komanda daxilində çaxnaşma yarandı. Servisləri qarşılayarkən problemlərlə üzləşdik. Daha sonra orta oyunçulardan çox istifadə etməyə başladıq və 3-cü setdə qalib gəldik. Məşqçilərimiz həmişə tapşırır ki, topları daha çox blokçulara ötürüm. Dmitri Obodnikovun çox yaxşı zərbələri var. Bunu nəzərə alıb, topların əksəriyyətini ona ötürürdüm və o da üzərinə düşəni dəqiq yerinə yetirirdi. Etriaf edim ki, ilk setdən sonra bizdə arxayınlıq da yarandı. Buna görə də çox çətinlik çəkdik. Ancaq səviyyəmiz yenə də sözünü dedi”.

 

O bildirib ki, ssas hədəflərndən biri İslam Həmrəyliyi Oyunlarında millinin bir nömrəsi olmaqdı: “Məncə, artıq bunun vaxtı çatıb. Amma əsas olan komandamızın qələbə qazanmasıdı. Kimin əsas heyətdə yer alması o qədər də vacib deyil”.

0