[b]“Neftçi” – “Qarabağ” oyunu “bolşe” gələcək?[/b]
30.03.2017 - 00:00
[b]“Neftçi” – “Qarabağ” oyunu “bolşe” gələcək?[/b]

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” oyununu Əliyar Ağayev idarə edəcək. Apasport.az saytının məlumatına görə, FİFA referisi cari mövsümdə artıq bir dəfə bu komandaları meydana çıxaracaq.

 

Premyer Liqanın III turunun görüşündə “Qarabağ” 3:0 hesabı ilə qələbə qazanıb. Ötən il avqustun 21-dəki matçda Ağayev nə vərəqə göstərmək, nə də penalti verməklə diqqət çəkməyib.

 

Ümumilikdə, mövsümdə 18-ci oyununa çıxacaq referi əvvəlki 17 qarşılaşmada (15 çempionat, 2 kubok) 59 sarı, 6 qırmızı, 7 penalti qərarı verib. Meydan sahibi olan komanda 32 sarı, 2 qırmızı və 4 penalti ilə cəzalanıb. Ağayev qonaqları 27 sarı, 4 qırmızı və 3 penalti ilə “mükafatlandırıb”.

 

Baş tutan 17 oyunda meydan sahibləri 8, qonaqlar 4 dəfə qələbə qazanıb. 5 görüşdə isə qalib müəyyənləşməyib. Onun idarə etdiyi son 10 çempionat matçında evdə çıxış edən komanda uduzmayıb.

 

Ağayevin yolları üç dəfə “Qarabağ”, dörd dəfə “Neftçi”la kəsişib. Maraqlıdı ki, ağdamlıların bütün oyunlarında 3 qol vurulub. “Neftçi” və “Sumqayıt”ı 3 cavabsız qolla yenən ağdamlılar “İnter”ə 1:2 hesabı ilə uduzub. “Qarabağ” bu görüşlərdə cəmi 1, rəqibləri 6 dəfə sarı vərəqə alıb.

 

“Ağ-qaralar” “Qarabağ”a 0:3, “Qəbələ”yə 1:4 hesabı ilə uduzsa da, “İnter”i 3:1, kubokda “Zirə”ni 3:0 hesabı ilə məğlub edib. Bu qarşılaşmaların hamısını səfərdə keçirən “Neftçi” də, onun rəqibləri də ümumilikdə 3 sarı vərəqə ilə cəzalanıb. FİFA referisi bakılıların lehinə 2 penalti qərarı da verib.

0