[b]“Borussiya” Əmrə Morla bağlı qərarını açıqladı[/b]
29.03.2017 - 18:55
[b]“Borussiya” Əmrə Morla bağlı qərarını açıqladı[/b]

Dortmund “Borussiya”sının türkiyəli futbolçusu Əmrə Morun gələcək karyerasına aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc yarımmüdafiəçi karyerasını Almaniyada davam etdirəcək.

 

Əmrənin xidmətində Türkiyə klubları “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş”la yanaşı, Bundesliqa təmsilçiləri də maraqlıdılar. “Borussiya”nın 20 yaşlı futbolçunu yayda icarəyə verməsi gözlənilirdi. Lakin “Borussiya” rəhbərliyi onun gələn mövsüm də heyətdə qalacağını və heç bir komandaya icarəyə verilməyəcəyini açıqlayıb.

 

Qeyd edək ki, Əmrə Mor “Borussiya”ya mövsümün əvvəlində “Nordsyelland”dan keçib.

0