[b]“Neftçi”yə qarşı itkilərlə[/b]
29.03.2017 - 23:06
[b]“Neftçi”yə qarşı itkilərlə[/b]

“Sumqayıt” “Neftçi” ilə oyunun hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, “kimyaçılar” baş məşqçi Samir Abasovun rəhbərliyi altında Sumqayıt şəhər stadionunda növbəti məşqini keçib.

 

21 və 23 yaşadək milli komandaların heyətində yer alan futbolçular sabahdan etibarən hazırlığa qatılacaq. Bundan başqa, son məşqdə zədə almış yarımmüdafiəçi Sergey Çernişev də hazırlıq prosesinə qatılmayıb. Bərpa prosesi keçən Ayaz Mehdiyev və Mikayıl Rəhimov isə fərdi şəkildə məşq edib.

 

Məşq zamanı kompleks hazırlığa və toplu çalışmalara üstünlük verilib. Komandanın növbəti məşqi sabah saat 16:00-da şəhər stadionunda olacaq.

 

Qeyd edək ki, “Sumqayıt” növbəti turda apelin 2-də doğma arenda “Neftçi”ni qəbul edəcək.

0