Xorvatiyadan “Yuventus”a bəd xəbər: Mövsümü başa vurdu
30.03.2017 - 00:25
Xorvatiyadan “Yuventus”a bəd xəbər: Mövsümü başa vurdu

“Yuventus”un yarımmüdafiəçisi Marko Pyaça uzun müddət komandasına kömək edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, 21 yaşlı futbolçu Xorvatiya millisinin heyətində Estoniyaya qarşı yoxlama oyununda (0:3) sıradan çıxıb.

 

Bu barədə Xorvatiya Futbol Federasiyası xəbər yayıb. Məlumatda zədələnərək oyunu yarımçıq tərk edən gənc futbolçunun diz bağlarında yırtıq aşkarlandığı qeyd edilib.

 

Əməliyyat olunacaq yarımmüdafiəşi 8 aya yaxın yaşıl meydanlardan kənara qalacaq ki, bu da, futbolçunun cari mövsümü başa vurması deməkdi.

 

Qeyd edək ki, Pyaça cari mövsümdə şans qazandığı 22 oyunda 3 qol, 1 məhsuldar ötürməyə imza atıb.

0