[b]“Qarabağ”ın oyununun stadionu dəyişdirildi[/b]
30.03.2017 - 09:53
[b]“Qarabağ”ın oyununun stadionu dəyişdirildi[/b]

Azərbaycan Premyer Liqasının XXIV turunun “Qarabağ” – “Kəpəz” matçının yeri dəyişdirilib. Apasport.az saytının məlumatına görə, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Öncədən qarşılaşmanın “Azərsun Arena”da baş tutması planlaşdırılmışdı. Lakin stadionun ot örtüyündə problem yarandığına görə matç ölkənin bir nömrəli arenasına keçirilib.

 

Qeyd edək ki, aprelin 2-də keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.

0