[b]“Bürünc”ü Bakıda əldən vermişdik” – baş məşqçi[/b]
30.03.2017 - 13:15
[b]“Bürünc”ü Bakıda əldən vermişdik” – baş məşqçi[/b]

“Oyunçularımız arasında bir qədər yaşlıları var. Bu səbəbdən fiziki cəhətdən çatdırmadıq”. Bunu apasport.az saytına açıqlamasında MOİK-in baş məşqçisi Eldar Əliyev deyib.

 

Kişi voleybolçular arasında Azərbaycan Yüksək dəstəsində VI turun ilk oyunu başa çatıb. “Lokomotiv”lə üz-üzə gələn MOİK ilk hissəni qazansa da, bunun ardını gətirə bilməyərək “bürünc” şansını itirib.

 

Əliyev bildirib ki, məğlubiyyətdə zədələr rol oynayıb: “Naxçıvan”la oyunda çox güc sərf etmişdik. Rəqibin heyəti isə yığma üzvlərindən formalaşıb. Onlarla oynamaq çətindi. Əslində biz bürünc medalı praktiki olaraq Bakıda əldən vermişdik. “Naxçıvan”la paytaxtdakı qarşılaşmada mən və bir neçə təcrübəli oyunçu komandada olmamışdıq. Bəzi voleybolçularımız da zədəli idi. “Lokomotiv” və “Neftçi” kimi peşəkar məşqlər də keçməmişdik. Bu da çıxışımıza təsirini göstərdi. Voleybolda səhvlər həlledici rol oynayır. Bir az səhv edən kimi uduzursan. Əsas toppaylayıcımız Eldar Zülfüqarovun ayağında zədəsi vardı. Yenə də bacardığı qədər mübarizə apardı. Ancaq 4-cü setdə oynamaq gücündə olmadığını dedi. Belədə onun yerinə Pərviz Rəsulovu meydana buraxdım. O, gənc və perspektivli oyunçudu. Oyunu yaxşı “oxuyur” və texniki imkanları yüksəkdi. Ancaq setin sonlarında o da digərləri kimi səhvə yol verdi. Bunu isə normal qarşılayırıq”.

 

Qeyd edək ki, aktivində 2 xal olan MOİK həlledici mərhələni 4-cü yerdə bitirib.

0