[b]“Şerif”in futbolçusu Azərbaycan yığmasına çağırıldı[/b]
30.03.2017 - 14:10
[b]“Şerif”in futbolçusu Azərbaycan yığmasına çağırıldı[/b]

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesində 24 futbolçu iştirak edəcək.

 

Aprelin 2-də start götürəcək toplanış ayın 9-dək davam edəcək. Millinin hazırlıqları Bakıda gerçəkləşəcək.

 

Toplanışa Rauf Rüstəmli, Vüsal Şabanov, Samir Məhərrəmli, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Veysəl Rzayev, Rauf Məhərrəmov (hamısı “Qəbələ”), Mirəli Əhmədov, Melih Serin, Hüseyin Ələsgərov, Valeh Qəhrəmanlı, Ramin Nəsirli (hamısı “Neftçi”), Mirxan Hümmətov, Fərid Xasiyev (hər ikisi “Turan Tovuz”), Emil Bayramov (“İnter”), Nihad Cəfərov (“Əlincə”), Cəlal Cəbrayılov (“Sumqayıt”), Elariz Xəlilli (“Mil-Muğan”), Tural Nəsirov, Məhəmməd Əhmədov (hər ikisi “Vətən”), Murad Əhmədov (“Neftçi” İK İB), Həsən Həsənov (“Torpedo”, Vladimir, Rusiya), Kamran Əlizadə (“Şerif”, Tiraspol, Moldova) və İlahi Quliyev (“Zirə”) qatılacaq.

 

 

0