[b]Klublar avrokuboklardakı yeniliklərə “hə” dedi[/b]
30.03.2017 - 16:47
[b]Klublar avrokuboklardakı yeniliklərə “hə” dedi[/b]

Avropa Klublar Assosiasiyasının (ECA) Baş Assambleyası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda quruma üzv olan klubların nümayəndələri də iştirak ediblər.

 

Yunanıstanın paytaxtı Afinada baş tutan tədbirdə Çempionlar Liqası və Avropa Liqasının yeni formatı müzakirə olunub. Klublar UEFA-nın təqdim etdiyi yenilikləri dəstəkləyib.

 

Dəyişikliklərin əsas hissəsi qitənin 4 ən güclü futbol çempionatının Çempionlar Liqasında 4 komanda ilə təmsil olunmasından ibarətdi. Bu qaydalar 2018-2021-ci illər üçün etibarlı olacaq.

 

Qeyd edək ki,  Azərbaycanı qurumda “Neftçi”, “Qarabağ” və AZAL təmsil edir.

0