[b]Azərbaycanda oynadılar, Rusiyada ən yaxşı seçildilər[/b]
30.03.2017 - 16:56
[b]Azərbaycanda oynadılar, Rusiyada ən yaxşı seçildilər[/b]

Rusiya Premyer Liqasının ən yaxşı gürcüstanlı legionerləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, müxtəlif ölkələrin şimal qonşularımızın çempionatına gələn ən yaxşıların siyahısını tərtib edən championat.com portalı Azərbaycanda da oynamış gürcüləri də fərqləndirib.

 

Belə ki, Rusiya çempionatları tarixinin ən yaxşı gürcüstanlısı Georgi Demetradze seçilib. Karyerasının sonlarında “Bakı”da çıxış edən legionerin Rusiyada ən yaxşı adını qazanmasında “Alaniya” və “Lokomotiv”dəki çıxışının rolu olub.

 

Bakı “İnter”ində Kaxaber Sxadadzenin güvəndiyi simalardan olan Aleksandr Amisulaşvili siyahıda 6-cıdı. O, “Şinnik”, “Spartak-Nalçik”, “Krasnodar” və “Krılya Sovetov”dakı oyunu ilə diqqətləri çəkib.

 

Bakı “İnter”ində daha çox oynayan Laşa Salukvadze cədvəldə 10-cudu. Onu “Rubin” və “Volqa”dakı oyunu ilə siyahıya düşüb.

 

0