[b]“Naxçıvan” daha yaxşı oynamaq potensialına sahibdi" - Aleksandr Çyornı[/b]
30.03.2017 - 17:11
[b]“Naxçıvan” daha yaxşı oynamaq potensialına sahibdi" - Aleksandr Çyornı[/b]

“Bizdə oyunçu çatışmırdı. Bu da toppaylayıcı idi. Bu gün ehtiyat oyun qurucusundan istifadə etdik”. Bunu apasport.az saytına “Naxçıvan”ın baş məşqçisi Aleksandr Çyornı deyib.

 

Rusiyalı mütəxəssis Azərbaycan Yüksək dəstəsində mövsümü dəyərləndirib. Son turda “Neftçi”yə 0:3 hesablı məğlubiyyətdə rəqibin güclü olduğunu vurğulayan Çyornı bildirib ki, komandası daha yaxşı oynamaq potensialına malikdi: “Naxçıvan” üçün burda təzyiq altında oynamaq çətindi. Ancaq “Lokomotiv”lə daha rahat oynadıq. MOİK-lə görüşdə 2 seti qazandıqdan sonra komandada arxayınlaşma yarandı. Voleybolçular artıq bürünc medalın təmin olunduğunu düşünməyə başladı. MOİK-in son turda “Lokomotiv”ə qalib gələ bilməyəcəyini fikirləşib rahatlaşdılar. Bu üzdən həmin qarşılaşmada tay-brekdə uduzduq. Heyətimizdə gənc oyunçular çoxdu. Onlar hisslərlə oynayır və təcrübə çatışmazlığı sözünü deyir. Mən 2 aya nə etmək olardısa etdim. Bu komanda daha yaxşı oynamaq potensialına sahibdi. Sadəcə, evdə oynamağın verdiyi təzyiq sözünü dedi”.

 

Qeyd edək ki, “Naxçıvan” çempionatı “Lokomotiv” və “Neftçi”dən sonra 3-cü yerdə bitirib.

0