[b]Rəşad Sadiqov: Niyə də olmasın ki? – MÜSAHİBƏ[/b]
30.03.2017 - 20:40
[b]Rəşad Sadiqov: Niyə də olmasın ki? – MÜSAHİBƏ[/b]

“Qəbələ”nin futbolçusu Rəşad Sadiqov “İnter”lə kubok oyunundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun neçə keçdi?

- Zədədən təzə qayıtmışdım və süni meydana görə çəkinirdim. Oyunun əvvəllərində topuğumdan, həminki yerdən zədə aldım. Ağrısa da, davam elədim. Düşünürəm ki, layiqli qələbə qazandıq.

 

- Zədənin vəziyyəti indi nə yerdədi? İncidir, ya keçib?

- İncidir. Oyuna da iynə ilə çıxmışdım. Çalışacam ki, mövsümü başa vurum. Onsuz da sona qədər 5-6 oyun qalıb. Bir bu qarşılaşmanın cavabı, keçsək, bir də final. Bütün oyunların hamısına dözə-dözə oynayacam.

 

- Sizi artıq finalda hesab eləsək, həlledici oyunda kimlə qarşılaşmaq istərsiniz? “Qarabağ”, ya “Neftçi”?

- “Qarabağ”a yaxşı bələdik, “Neftçi” də yüksəlişdədi. Hələ əvvəlcə özümüz finala çıxaq, sonra da kimlə düşsək, düşünürəm ki, maraqlı final olacaq. Finala kim çıxır-çıxsın, əlavə motivasiya olur.

 

- Mövsümün sonlarıdı və komandada çoxlu zədəlilər var. Bu, həlledici məqamda sizə pis təsir eləməz?

- Hər komandada belə şeylər olur. “Qarabağ” da bu perioddan keçdi. Kintana neçə aydı oynamır. Futbolda zədəsiz keçinmək mümkün deyil. Düzdü, əsas heyət üzvlərinin zədələnməsi taktiki planda çətinliklər yaradır, ancaq hər bir oyunçunu əvəz edəcək futbolçumuz var.

 

- Seçim etməli olsanız, kubok, yoxsa çempionluq?

- Hər iki cəbhədə iddialıyıq. Niyə də olmasın ki? Seçim edə bilmərik.

0