[b]Qran-pri: İlk gün medal olmadı - YENİLƏNİB[/b]
31.03.2017 - 16:15
[b]Qran-pri: İlk gün medal olmadı - YENİLƏNİB[/b]

Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə Qran-pri yarışına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan yığmasının 7 cüdoçusu mübarizəyə qoşulub. Lakin onlardan heç biri fəxri kürsüyə yüksələ bilməyib. 

 

Kişilər

60 kq

Yığmamızın gənc üzvü Sahib Əsgərov ilk görüşdə böyük britaniyalı Neil Makdonalda qalib gəlsə də, ardınca Luxumi Çxvimianiyə məğlub olub.

 

Mehman Sadıqov 1/16 finalda Doniyor Sultanbayevlə üz-üzə gəlib. Həmyerlimiz rəqibini 2 dəqiqə 32 saniyəyə ippona salıb. O, ardınca Amartuvşin Bayaraaya da gücünü göstərib. Cüdoçumuz qızıl xalla mərhələ adlayıb. O, yarımfinala gedən yolda gürcüstanlı Amiran Papinaşvili ilə güləşib. Təəssüf ki, bu dəfə yerli idmançı mərhələ adlayıb.

 

Sadıqov bürünc medal üçün təsəlliverici görüşlərə qatılıb. Felipe Pelimlə (Braziliya) güləşən həmyerlimiz yenə də məğlub olub və 7-ci yeri tutub. 

 

66 kq

Bu çəki dərəcəsində yeganə təmsilçimiz Tərlan Kərimov ilk cəhddəcə yarışla vidalaşıb. Komandamızın təcrübəli idmançısı Ukraynanı təmsil edən Gevorq Xaçatryana uduzub.

 

Ondan fərqli, Orxan Hacıağalı startı uğurlu alınıb. O, ukraynalı Georgi Zantarayaya ipponla qalib gəlib. Hacıağalı 1/8 finalı görüşünü də vaxtından əvvəl bitirib. Təmsilçimiz bu dəfə Hassem Nourizadenidən (İrlandiya) üstün olub. O, 1/4 finalda Tumurxuleq Davaadorju (Monqolustan) sınağa çəkib. Lakin tatamidən rəqib üstün ayrılıb. 

 

Hacıağalı təsəlliverici döyüşlərdə qüvvəsini sınayıb. O, Matey Polyaka (Slovakiya) məğlub olub və Sadıqov kimi turniri 7-ci yerdə bitirib.

 

Qadınlar

48 kq

Leyla Əliyeva ilk döyüşünü Yoana Dieqoya (Portuqaliya) qarşı keçirib. Dueldən rəqib qalib ayrılıb.

 

52 kq

Yığmamızın digər üzvü Nəzakət Əzizova da mübarizəni dayandırıb. O, Kelli Edvardsa (Böyük Britaniya) məğlub olub.

 

57 kq

Səkinə Zayirova da Qran-pri ilə ilk döyüşündəcə vidalaşıb. O, bolqarıstanlı İvelina İliyeva ilə bacarmayıb.

 

Qeyd edək ki, Azərbaycan 3 gün davam edəcək yarışda 16 idmançı ilə təmsil olunur.

 

 

0