[b]Yığmamızın mundiala gedən yolu - TƏQVİM[/b]
31.03.2017 - 15:08
[b]Yığmamızın mundiala gedən yolu - TƏQVİM[/b]

Qadın voleybolçular arasında dünya çempionatının II təsnifat mərhələsinin təqvimi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakıda baş tutacaq E qrupunun matçlarının da başlama günü, saatı və keçirilmə yeri açıqlanıb.

 

Belə ki, matçlar yenidən Bakı İdman Sarayında təşkil olunacaq. Qrupunun ilk oyununda Danimarka və Hollandiya yığmaları üz-üzə gələcəklər. Azərbaycan yığması isə I turu Norveçə qarşı keçirəcək.

 

Komandamız ardınca Ukrayna, Danimarka, İsrail və Hollandiya ilə gücünü yoxlayacaq. Millimizin bütün oyunları saat 17:30-da start götürəcək.

 

Qeyd edək ki, II təsnifat mərhələsində 36 yığma 6 qrupda mübarizə aparacaq. Qrup qalibləri birbaşa mundiala çıxacaqları halda, ikinci yerlərin sahibləri III təsnifat mərhələsində pley-off oynayacaqlar. Bu mərhələ 6 komandanın iştirakı ilə dairəvi sistemlə 1 dövrədən ibarət olacaq. İlk 2 yeri tutacaq millilər yarışı final mərhələsində davam etdirəcəklər.

 

 

E qrupu

 

30 may

15:00. Danimarka – Hollandiya

17:30. Azərbaycan – Norveç

20:00. İsrail – Ukrayna

 

31 may

15:00. Hollandiya – Norveç

17:30. Ukrayna – Azərbaycan

20:00. Danimarka – İsrail

 

1 iyun

15:00. Norveç – Ukrayna

17:30. Azərbaycan – Danimarka

20:00. İsrail – Hollandiya

 

2 iyun

15:00. Danimarka – Norveç

17:30. İsrail – Azərbaycan

20:00. Hollandiya – Ukrayna

 

3 iyun

15:00. Norveç – İsrail

17:30. Azərbaycan – Hollandiya

20:00. Ukrayna - Danimarka

 

 

0